Modern.az

“Qəbələ”nin rəqibinin erməni futbolçusu Bakıya gəlməyəcək

“Qəbələ”nin rəqibinin erməni futbolçusu Bakıya gəlməyəcək

Dünya

19 Oktyabr 2015, 11:16


Avropa Liqasında Azərbaycanın “Qəbələ” futbol klubu ilə bir qrupda yer alan Almaniyanın “Borrusiya” Dortmund klubunun baş direktoru Hans Yoahim-Vatske heyətlərindəki erməni mənşəli futbolçu Henrix Mxitaryanla bağlı açıqlama verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, klub rəsmisi 2011-ci ildə Dağlıq Qarabağa qanunsuz ziyarət edərək Azərbaycan qanunvericilyini pozan Mxitaryanın böyük ehtimalla cümə axşamı Bakıda baş tutacaq matçda iştirak etməyəcəyini deyib:

“Mxitaryan çox güman ki, Bakıya gəlməyəcək. Təhlükəsizlik məsələri var. Əgər oyunçumuz özünü komfortlu hiss etmirsə və qorxursa, biz bunu nəzərə almalıyıq”.

“Qəbələ”- “Borrusiya” matçı oktyabrın 22-də saat 20:00-da baş tutacaq.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?