Modern.az

İsveçrədəki seçkilərdə millətçi partiya qələbə qazandı

İsveçrədəki seçkilərdə millətçi partiya qələbə qazandı

19 Oktyabr 2015, 11:40


Miqrant axınına qarşı sərt mövqe tutan İsveçrə Xalq Partiyası oktyabrın 18-də keçirilən parlament seçkilərində qələbə qazanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, millətçi partiya 200 yerlik Milli Şurada 65 kürsüyə sahib olub. İkinci yerdə olan Sosial-Demokrat Partiyası isə əvvəlki 46 mandat əvəzinə bu dəfə 43 yerlə mandatla kifayətlənib.  

Liberal-Demokrat Partiyası əlavə 3 mandat qazanaraq 33 deputat yeri əldə edib.

Kiçik partiyalarla birlikdə Milli Şurada 101 deputat kürsüsü əldə edən partiya bununla belə hökumət qura bilməyəcək.  

İsveçrə Xalq Partiyası sədr Roqer Keppelin rəhbərliyi altında seçkilərə miqrant  əleyhinə layihələrlə qatılıb.      

Vüqar İsmayılov     

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi