Modern.az

Eldar Mahmudovun akademik atası... - FOTO

Eldar Mahmudovun akademik atası...  - FOTO

Ədəbi̇yyat

19 Oktyabr 2015, 13:57

İki gün öncə ölkə prezidentinin sərəncamı ilə milli təhlükəsizlik naziri postundan kənarlaşdırılan general-polkovnik Eldar Mahmudov barəsində mediada müxtəlif məzmunlu yazılar getməkdədir.  Media və cəmiyyətdə bu olayla bağlı müxtəlif versiyalar səsləndirilir.

Bu günlərdə həm də sabiq nazir haqqında insalarda daha çox bilgilənmə zərurəti yaranıb.

Modern.az saytı təqdim edəcəyi bu yazıda sabiq nazirin akademik atası haqqında məlumat verir. Qeyd edək ki, Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudov Azərbaycanın iqtisadiyyat sahəsində ilk alimlərindən biri olub və uzun müddət Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru işləyib.

1950-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin  aspiranturasını bitirib.

Ə.Mahmudov 1956-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb.

O, həmçinin 1981-1985-ci ilərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsi akademik katibinin müavini vəzifələrində işləyib.

İqtisadiyyat elmi sahəsində ilk akadmiklərdən olan Əhməd Mahmudov  həm də II Dünya Müharibəsinin veteranı olub.

1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

O, həm də Dövlət Plan Komitəsinin elmi-texniki tərəqqi və sosial-iqtisadi proqnozlaşdırma problemi üzrə komissiyasının sədr müavini vəzifəsində də çalışıb. Elmi axtarışları daha çox aqrar iqtisdadiyyat yönündə olub. Bu da o zaman Mərkəzi Komitənin aqrar sahənin inkişaf etdirilməsini prioritet məsələ kimi ortaya qoyulmasından sonra baş verdi. Ə.Mahmudovun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunun səlahiyyətləri o zaman çox geniş idi. Azərbaycan SSR İqtisadiyyat İnstitutu o zaman 300-dən çox nazirlik, idarə, elmi-tədqiqat institutlarının, ali məktəblərin və müəssisələrin elmi-tədqiqat işlərini əlaqələndirən baş təşkilat idi. 200-dən çox elmi məqalənin müəllifi olan Əhməd Mahmudov SSRİ miqyasında tanınan alim olub. Alimin barəsində “Akademik Əhməd Mahmudov” və başqa bir neçə kitab yazılıb. Xəzər dənizində üzən gəmilərdən biri və Şərurdə özəl türk litseyi onun adını daşıyır.

Elmin NURİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?