Modern.az

Davutoğlu Abdullah Güldən gileyləndi

Davutoğlu Abdullah Güldən gileyləndi

19 Oktyabr 2015, 15:55


Türkiyənin baş naziri Əhməd Davutoğlu oktyabrın 10-da Ankaradakı terror aktından sonra  11-ci prezident Abdullah Gülün Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Demirtaşla əlaqə saxlayaraq başsağlığı verməsindən razı qalmayıb.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Davutoğlu deyib: “Hörmətli keçmiş dövlət başçısının öz seçimidir. Amma bunu ifadə etmək istəyərəm, burada başsağlığı evi kim? Başsağlığı kimə verilər?

İlk gündən etibarən bunu söylədim. Burada başsağlığı evi Türkiyə Cümhuriyyətidir. Bütün Türkiyədir. Hamımız ağrı-acını yaşadıq.

Yalnız HDP-yə başsağlığı diləmək, orada həyatını itirən bütün vətəndaşları HDP ilə bağlamaq mənasını verər. Böyük bir acı yaşadıq”.    

Əhməd Davutoğlu bir daha təkrar edib ki, Türkiyənin ən böyük başsağlığı evi baş nazirlik ofisidir.    

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir