Modern.az

Con Kerriyə gitara hədiyyə etdilər

Con Kerriyə gitara hədiyyə etdilər

Dünya

19 Oktyabr 2015, 18:11



ABŞ-ın dövlət katibi Con  Kerriyə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo gitara hədiyyə edib. Modern.az xarici mediaya istinadən bildirir ki, Kerri İspaniya Xarici İşlər Nazirliyinin binasında musiqi aləti ilə jurnalistlər qarşısında şəkil də çəkdirib.

Kerri bir neçə akkord ifa edib, ancaq Qarsia-Marqalyonun “oxumaq da istəyirmi” sualına dövlət katibi  gülümsəyərək “yox” cavabı verib. 

ABŞ dövlət katibi isə ispaniyalı həmkarına stolüstü saat bağışlayıb. Kerrinin sözlərinə görə, bu saat ona Ağ evin 35-ci sahibi Con Kennedidən yadigar qalıb.

Con Kerri İspaniyaya Avropa turnesi çərçivəsində gedib.

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?