Modern.az

İŞİD-ə qoşulan kosovolu Süleymanı öldürüldü

İŞİD-ə qoşulan kosovolu Süleymanı öldürüldü

19 Oktyabr 2015, 20:30

 

Suriyada İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularından olan Lavdrim Muhacerinin müavini Priştinada doğulan Basri Süleymanı koalisiya qüvvələrinin bombardmanı  nəticəsində öldürülüb.Modern.az xarici mediaya istinadən bildirir ki, 2014-cü ildə iki uşağı və arvadını ataraq İŞİD-ə qoşulan Süleymanı Kosovonun gündəminə gəlib. 

Kosovo rəsmilərinin verdiyi məlumata görə, bu günə qədər İŞİD-ə qoşulan 47 kosovolu həyatını itirib. İŞİD cərgələrinə qatılanlar arasında 300 qədər də alban var.

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir