Modern.az

Liberallar qalib gəldi, baş nazir istefa verdi

Liberallar qalib gəldi, baş nazir istefa verdi

20 Oktyabr 2015, 11:23


Kanadanın baş naziri Stiven Harper vəzifəsini tərk edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Harper oktyabrın 19-da keçirilən parlament seçkilərində rəhbəri olduğu Mühafizəkarlar Partiyasının Liberal Partiyasına məğlub olmasından sonra bu addımı atıb.

“Son 9 ildə sizin baş naziriniz olmağımla fəxr edirəm. Bu, əla təcrübə idi. Seçkilərin nəticəsi bizi qane etməsə də, xalqın heç zaman yanılmadığını deməliyəm”, - Harper deyib.  

Liberal Partiyası 2006-cı ildən sonra ilk dəfə parlament seçkilərində qələbə qazanıb. Beləliklə, partiyanın lideri Castin Trüdo Stiven Harperi əvəzləyərək Kanadanın 23-cü baş naziri olacaq.    

Vüqar İsmayılov       

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı