Modern.az

Həyat yoldaşı və nəvəsini öldürdü, gəlinini yaralayıb intihar etdi

Həyat yoldaşı və nəvəsini öldürdü, gəlinini yaralayıb intihar etdi

Dünya

20 Oktyabr 2015, 14:23


Qaziantepdə yaşayan Kahraman Gürsoy həyat yoldaşı və 3 yaşındakı nəvəsini öldürüb, gəlinini ağır yaralayaraq intihar edib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Emek məhəlləsindəki hadisə yerli vaxtla bu gün saat 10 radələrində meydana gəlib.

Silah səslərindən sonra hadisə yerinə gələn polislər  həyat yoldaşı, gəlini və nəvəsinə atəş etdikdən sonra həyatına son verən Kahraman Gürsoyun cəsədini tapıb.

Ağır yaralı olan Gürsoyun gəlininin xəstəxanaya yerləşdirildiyi bildirilir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...