Modern.az

Abdulla Güldən sərt təkzib: “Məni tanıyanlar bilirlər ki...”

Abdulla Güldən sərt təkzib: “Məni tanıyanlar bilirlər ki...”

Dünya

21 Oktyabr 2015, 14:51



Türkiyənin keçmiş prezidenti Abdulla Gül yeni partiya yaratmağa hazırlaşdığı ilə bağlı xəbəri təkzib edib. Modern.az bildirir ki, “Taraf” qəzetinin bugünkü xəbərinə görə, 11-ci dövlət başçısı Abdulla Gül yaxın ətrafına Ədalət və İnkişaf Partiyası (AKP) ilə əlaqədar narahatlıqlarını dilə gətirib. Qəzetin iddiasına görə, guya, Gül deyib ki, bu pislik asan-asan aşılmaz.

  Xəbərdə hətta Gülün yeni partiya qurmaq hazırlığında olduğu və yenidən prezident seçilmək istədiyi də yazılıb. Abdulla Gül özünün Twitter hesabında bu xəbəri sərt şəkildə yalan adlandırıb:

- “Taraf” qəzetinin bugünkü xəbərində mənə aid edilən ifadələr  tamamilə yalan, uydurma və pis niyyətlidir. Məni tanıyanlar ən ağır tənqidlərimdə də bu kimi ifadələrdən və belə bir üslubdan istifadə etməyəcəyimi çox yaxşı bilirlər. Son dövrdə şəxsimi gündəlik siyasi polemiklərin içərisinə çəkməyə istiqamətli bəzi səyləri kədərlənərək izləyirəm. Bilinməsini istəyərəm ki, tək arzum ölkəmizin birlik və birlik içərisində sabitlik və rifaha qovuşmasıdır.  

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü