Modern.az

Co Bayden prezidentliyə namizəd olmayacaq

Co Bayden prezidentliyə namizəd olmayacaq

Dünya

21 Oktyabr 2015, 22:31

ABŞ-ın vitse-prezidenti Co Bayden bəyan edib ki, 2016-cı ildə yüksək dövlət postuna iddialı olmayacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, o, belə bəyanatla Ağ evin Çəhrayı bağında prezident Barak Obamanın iştirakı ilə çıxış edib.

Beləliklə, hazırda Demokratlar Partiyasından mübarizəyə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Vermon ştatından senator Berni Sanders, Merilent ştatının keçmiş qubernatoru Martin О'Melli, Virciniya və Rod-Aylend ştatlarından Cim Uebb və Linkon Cefi qoşulublar. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı