Modern.az

“Wikileaks” ABŞ kəşfiyyat idarəsi direktorunun yazışmalarını yayımladı

“Wikileaks” ABŞ kəşfiyyat idarəsi direktorunun yazışmalarını yayımladı

Dünya

22 Oktyabr 2015, 10:04


“Wikileaks” Mərkəzi Kəşfiyyat İdarəsinin  (MKİ)  direktoru Con Brennanın şəxsi email yazışmalarını yayımlayıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, yayılan sənədlərdə görə, MKİ rəhbəri Brennan, 2008-ci ildəki prezident seçkilərindən əvvəl yeni seçiləcək ABŞ prezidentinə İran ilə birbaşa dialoq qurmasını və bu ölkəyə qarşı yumşaq bir ritorikaya  üstünlük verməsini tövsiyə edir.  

MKİ öz  sənədlərində məlumatların gizli  olmadığını bildirib.  

2007 və 2008-ci illərə aid sənədlərdə Brennanın bir təhlükəsizlik araşdırması müraciəti ilə həyat yoldaşının nömrəsi və daha əvvəl MKİ-də birgə çalışdığı iş yoldaşlarından bəzilərinin adları da yer alır.  

Sənədlərdə kəşfiyyatın gələcəyi, İran ilə bağlı bir arayış, MKİ mühakimə etmə texnikaları və Con Brennanın daha əvvəl çalışdığı özəl firma haqqında məlumat notları da var.  

ABŞ-da 2008-ci ildə keçirilən prezident seçkilərindən əvvəl Ağ Evə gələcək yeni rəhbərə həsr olunmuş yazıldığı söylənilən qeydində MKİ rəhbəri,   İran ilə nüvə məsələlərində praqmatik bir üsul təklif edərək  "mükafat və cəza"  yanaşmasını tövsiyə edir.

Sənəddə “ABŞ-ın Tehranda kim hakimiyyətdə isə onunla işləməkdən başqa variantı yoxdur. İranın öz siyasi və iqtisadi maraqları isə ABŞ və Qərb ilə düşmənçilik olmayan münasibətlərinə bağlıdır" ifadələri də yer alır.      Brennan, əvvəlki Barak Obamadan əvvəkki prezident Corc Buşu İranı "lazımsız yerə şeytan tandemi" kimi dəyərləndirməsinə görə güclü bir şəkildə qınayır.   Dərc olunan sənədlər arasında terror gümanlarına "sərt mühakimə etmə texnikaları" tətbiq edilməsi mövzusunu ehtiva edən bir hökumət məktubu da var.    

"Wikileaks"in ifşa etdiyi sənədlərdə yer alan bəzi cümlələrin yarımçıq buraxılmış olması, mətnlərin hələ layihə mərhələsində olduğu kimi qiymətləndirilib.  

Ağa Akifoğlu

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!