Modern.az

Poroşenko: “Rusiyanın ağzına yumruğu endirdik”

Poroşenko: “Rusiyanın ağzına yumruğu endirdik”

Dünya

22 Oktyabr 2015, 13:22


Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Rusiyanın təcavüzkarlığını dayandırmağı bacararaq, Rusiyanın ağzına yumruğu endirməyi bacaran tək Avropa dövləti olduğunu söyləyib.

Modern.az xarici mediaya istinadən bildirir ki,  Poroşenko Ukraynanın qərbində yerləşən və milliyyətçi meyllərin ən güclü olduğu ellərdən İvano Frankovsk şəhərində stadiondakı çıxışında bütün Avropanın və bütün dünyanın Ukraynanın bu mübarizəsində ölkəsini dəstəklədiyini dilə gətirib.  

Ukraynanın ən böyük qazancının qarşıdurmaları dayandırmağı bacarmaq olduğunu söyləyən Poroşenko son bir yarım aydır, Rusiyanın dəstəklədiyi separatçı qruplaşmalarla qarşıdurmaların olduğu Şərqi Ukraynadan şəhid tabutlarının gəlmədiyini iddia edib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!