Modern.az

"Əhəd Abıyev daş qoyan yerə, biz baş qoyarıq” ®

"Əhəd Abıyev daş qoyan yerə, biz baş qoyarıq”  ®

Dünya

2 Noyabr 2010, 21:00

Bu gün 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Əhəd Mikayıl oğlu Abıyev Suraxanı rayonun Yeni Günəşli qəsəbəsindəki Ana və uşaq parkında seçicilərlə görüş keçirib. Görüşdə yüzlərlə seçici - Yeni Günəşli qəsəbəsinin zialıları, ağsaqqallar iştrak ediblər.

Yeni Günəşli qəsəbə sakini Həsən Səfərov çılxış edərək bildirib: “Bizim qəsəbəmizin camaatı çox sadiq camaatdı, bizim qəsəbə həmişə yaxşı kişilərlə fəxr edən qəsəbədir. Biz böyük ümidlə deyirik ki, Əhəd Abıyev bizim deputatımız olarsa, bizim qayğımızı çəkəcək və bizim hər birimizin yanında olacaq. Əhəd Abıyev Allaha bağlı bir insandı, o müqəddəs Həcc ziyarətində olub. Biz heç nəyi unutmayacayıq, ağı qaradan seçməyi bacaran insanlarıq. Bizim Allahdan bir arzumuz var Əhəd müəllim kimi igid adam Milli Məclisə deputat seçilsin. Əhəd müəllim siz daş qoyan yerə, biz baş qoyarıq”.

Daha sonra çıxış edən Yeni Günəşli qəsəbə sakini Aydın Məmmədov bildirib: “Əziz seçicilər deyirlər yaxşı insanlar Peyğəmbərsayağı olur, o insanlardan biri də Əhəd Abıyevdi. Biz Əhəd Abıyevi 15 ildir ki, Milli Məclisdə görürük və xeyirə-şərə yarıyan bir insan kimi tanıyırıq. Biz Suraxanı seçiciləri demək istəyirik ki, Əhəd müəllim, bundan sonrakı 15 ildə biz sizi Suraxanı rayonundan deputat kimi görmək istəyirik. Allah qoysa, görəcəyik də. Eşq olsun Əhəd Abıyevə. 7 noyabrda seçki məntəqələrinə gəlib Əhəd Abıyevə səs verin”.

Deputatlığa namizəd Əhəd Abıyev bildirib: “Əziz seçicilər, çox dəyərli Suraxanı sakinləri. Bu gün bura gəlib bu toplantıda bu səviyyədə iştrak eldiyinizə görə, sizin hər birinizə dərin minnətdarlığımı bildirirəm. Sizlər mənə deputatlığa namizəd olmaq üçün imza verdiyiniz üçün bir daha da çox sağol deyirəm. Əziz seçicilər mən həmişə öz fəaliyyətimdə dunya şöhrətli ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini əziz tutmuşam. Ali Baş Komandanımız İlham Əliyevin uğurlu doğru, düzgun daxili və xarici siyasətini rəhbər tutaraq Azərbaycanın mustəqilliyi, dövlətçiliyinin qorunmasında vətənə, xalqa, millətə şərəflə xidmət göstərmişəm. Seçicilərimin hüquq və mənfeyini  həmişə var qüvvəmlə dəstəkləmişəm. Mən əmin edirəm ki, qarşıdan gələn seçkidə sizlərin köməyi ilə deputat seçilərəmsə, yenə də var qüvvəmi sizlərdən heç vaxt əsirgəmiyəcəyəm. Uzun müddət parlament təcrübəsi olan iqtisadçı hüquqşünas kimi sizin layiqli deputatınız olacağam”.   

 

 

 

 

 

 


Seçki qərargahı 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır