Modern.az

PKK-ya qarşı əməliyyata gedən türk hərbçiləri ildırım vurdu: 4 əsgər öldü, 11-i yaralandı

PKK-ya qarşı əməliyyata gedən türk hərbçiləri ildırım vurdu: 4 əsgər öldü, 11-i yaralandı

Dünya

22 Oktyabr 2015, 23:05

 Hakkarinin Yüksekova rayonunun Dağlıca bölgəsində əməliyyata çıxan əsgərlərin üzərinə ildırım düşüb, 4 əsgər şəhid olarkən 11 əsgər yaralanıb. Modern.az Türkiyə mediasına istinadən biuldirir ki,  hadisə bu gün günortadan sonra Dağlıcanın İraqla sərhədində baş verib.

Yağışlı havanın təsirli olduğu bölgədə, sıldırım dağlıq ərazidə əməliyyatlarını davam etdirən Jandarm Xüsusi Hərəkat qüvvələri üzərinə ildırım düşüb. Hadisə zamanı hələlik kimlikləri açıqlanmayan 4 əsgər şəhid olub, 11  əsgər isə yaralanıb. İldırım düşməsi nəticəsində yaralanan əsgərlər helikopterlə Hakkariyə gətirilib. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi