Modern.az

Putin: “Əsəd rejimi və kürd qüvvələri birləşməlidir”

Putin: “Əsəd rejimi və kürd qüvvələri birləşməlidir”

Dünya

22 Oktyabr 2015, 23:32

Rusiya prezidenti Vladimir Putin Soçidə bu il 12-ci dəfə təşkil olunan Valday Klubunun toplantısına qatılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Putinin gündəmində Yaxın Şərqdə yaşanan problemlər də olub. O, Suriyada Bəşər Əsəd  rejimini və kürd qüvvələrinin birləşməsinin lazım olduğunu söyləyib.

Putinin açıqlamsına görə, terrorçular mülayim və mülayim olmayan deyə ikiyə ayrılmamalıdır: “Suriyadakı terrorçu qrupları məğlub etmək bütün problemləri həll etməyəcək, ancaq siyasi həll üçün lazımi şərait yaradacaq”. Rusiya prezidenti həmçinin ölkəsinin hərbi müdaxiləsinin Dəməşqdə siyasi keçid üçün lazım olan prosesə yardım edəcəyini bildirib.

Onun sözlərinə görə, Suriyadakı terrorçu qruplara qarşı hava əməliyyatlarının müsbət təsiri olacaq: “Məqsədimiz bu ölkədəki böhranın siyasi həlli üçün lazımi şəraiti yaratmaqdır”. 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir