Modern.az

Ərdoğandan çağırış: “BMT TŞ-nın tərkibi dəyişməlidir”

Ərdoğandan çağırış: “BMT TŞ-nın tərkibi dəyişməlidir”

23 Oktyabr 2015, 00:06

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının tərkibinin ədalətsiz olduğunu qeyd edərək onun dəyişdirilməsinə çağırıb.

Modern. az  APA- ya istinadən bildiri ki, Ərdoğan Hüquqi Araşdırmalar Assosiasiyasında çıxışı zamanı belə deyib: “BMT Təhlükəsizlik Şurasının tərkibində bircə də olsa müsəlman dövləti  yoxdur. Dünya bütün qitələri təmsil etməyən beş daimi üzvdən daha genişdir. Bu ədalətlidirmi? Dünyanın 200-dək ölkəsi bu beş ölkədən birinin nazı ilə oynamalıdır? Hazırkı tərkib indiki günün reallıqlarına cavab vermir və o dəyişilməlidir”.     

Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin sayını rotasiya əsasında 10-dan 20-dək çoxaltmaq və onlara daimi üzvlərin səlahiyyətlərinin verilməsini təklif edib.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir