Modern.az

ABŞ hərbçiləri İraqda 5 İŞİD yaraqlısını əsir götürdü

ABŞ hərbçiləri İraqda 5 İŞİD yaraqlısını əsir götürdü

Dünya

23 Oktyabr 2015, 00:45



ABŞ xüsusi təyinatlıları İraqın şimalında keçidikləri xüsusi əməliyyat zamanı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının 5 üzvünü əsir götürüb. Modern.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Pentaqon nümayəndəsi bəyan edib ki, girov götürülənlərin azad edilməsi üçün əməliyyat İŞİD yaraqlılarının kütləvi qətl törətməyə hazırlaşması haqda xəbərdən sonra keçirilib. Onun sözlərinə görə, terror qruplaşmasının 5 üzvü saxlanılıb, məhv edilən yaraqlıların dəqiq sayı haqda isə məlumat verilmir. Pentaqonda əməliiyat zamanı ABŞ hərbçisinin öldüyünü də təsdiqləyiblər.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı