Modern.az

Modern.az-da yeni layihə: SANBALLI QONAQ - ANONS

Modern.az-da yeni layihə: SANBALLI QONAQ - ANONS

23 Oktyabr 2015, 11:10

Modern.az internet portalında jurnalist-publisist Nəzirməmməd Zöhrablının “Sanballı qonaq” adlı yeni bir layihəsinə start vermək qərarına gəldik. Uzaqdan təmtəraqlı səslənən, dürlü-dürlü əcnəbi sözlərdən yaranan rubrikalardan qaçdıq.

Qonaqlarımız... qonaqlarımız ictimai həyatda tanınan, başqa sözlə, hərəsi öz sahəsi ilə paralel olaraq cəmiyyətimizə böyük töhfələr verən sanballı ziyalılarımız olacaq.

Hədəfimiz... hədəfimiz ölkəmizə və xalqımıza layihəmizin adına uyğun sanballı söhbətlər təqdim etməkdir ki, içində tarix də, ədəbiyyat da, siyasət də, sosial-mədəni istiqamətli bilgilər də olsun. Arabir yəqin ictimai-siyasi, eləcə də ədəbi mühitdə baş verən arzulanmayan hallar da söhbətlərimizə sirayət edə biləcək. Bunu yalnız ona görə məzur tutun ki: təəssüf ki, onlar da günümüzün reallıqlarıdır...

 “Sanballı qonaq”ın ilk müsahibi filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir.

Söhbətimizdən:


- Mif - bəşəriyyətin yaratdığı ən böyük abidədir. ...Mif – bakirəlikdi. ...Türk xalqlarının mifi ən güclü mifdi. “Dədə Qorqud”, “Manas”  da ondan yaranıb.

- Azərbaycan polietnik bir cəmiyyətdir... Ona görə də mən “Azərbaycançılığ”ı irəli sürdüm. ... Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir. ...Bəşəriyyətin başı olsaydı...

- ...SÖZ yazıqlaşır, çılpaqlaşır... Onlar tənha Allahın yaşadığı səmanı tənhalaşmağa qoymurlar... Kəramət Böyükçöl inkarla məşğuldursa...  

-  İndi çap var, oxuyan yoxdu... Mən ədəbiyyat adlı gəmidə  heç də rahat yerdə deyiləm...  güclü alimlərin zəif tələbəsi olur...  yaxşı dərslik də, yaxşı müəllim də problemdi... taksi sürücüsünün məsləhəti...

Müsahibənin tam mətni tezlikdə saytımızda olacaq...

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi