Modern.az

17 saylı saylı dairənin seçiciləri: “Bir daha yanılmamaq üçün Ülvi Quliyevə səs verəcəyik” (FOTOSESSİYA)

 17 saylı saylı dairənin seçiciləri: “Bir daha yanılmamaq üçün Ülvi Quliyevə səs verəcəyik”  (FOTOSESSİYA)

Təhsil

3 Noyabr 2010, 11:31

17 saylı Yasamal üçüncü seçki dairəsindən bitərəf namizəd, Milli Məclisin deputatı Ülvi Quliyev noyabrın 2-də seçicilərlə növbəti görüş keçirib.
Görüşdə yüzlərlə seçici iştirak edib. Deputatləığa namizəd Ülvi Quliyev bildirib ki, bu görüşdə məqsəd seçicilərin tövsiyyələrini, fikirlərini dinləməkdir: “İstəyirəm sizləri şəxsən dinləyim. Problemlərinizin nədən ibarət olduğunu öyrənim. Qarşınızda söz verirəm ki, mənə etimad göstərsəniz, deputat kimi fəaliyyətimi sizlərin problemlərinin həllindən başlayacam. Deputat səlahiyyətləri çərçivəsində, gücüm daxilində problemlərinizin həllinə yardımçı olacam. Elələri var ki, sizə fantastik vədlər verirlər. Belə vəd verənlər sizləri aldadır. Mən isə yalan vədlərdən uzağam. Elə məsələlər var ki, dövlətin dəstəyi olmadan onları həll etmək mümkün deyil. Əgər hansısa problemin həllinə gücüm catmayacaqsa, yenə də sizin yanınızda olacam. Ağsaqqalların, ağbirçəklərin övladı, gənclərin qardaşı kimi hər zaman mənəvi dayağı olacam”. 

Deputatlığa namizəd seçiciləri 7 noyabrda seçki məntəqələrinə gəlməyə, seçki prosesində fəal olmağa çağırıb: “Problemlərinizin həlli bu seçkilərdə fəal olmaqdan, sıx birlikdən keçir. Problemləri birlikdə daha asan və tez həll edə bilərik. İnsanlar bəzən evdən bayıra çıxmadan problemlərinin həllini gözləyir. Problem hardə məlumat verilmirsə, bunun həlli necə mümkün ola bilər? Ona görə də seçkidən sonra da deputatınızla əlaqə saxlayın. Mənə etimad göstərəcəksinizsə, hər zaman sizlərin yanında olacam, lazım gələn məqamlarda mən sizin yanınıza gələcəm. Odur ki, hər bizinizi doğru seçim etməyə çağırıram. Qapılarımız hər birinizin üzünə açıqdır”.  

Ülvi Quliyev deyib ki, bəzi opponenetlər onu yalnız idmançı kim təqdim etməyə çalışırlar: “Mən idmançı olmağımla fəxr edirəm. Müstəqil Azərbaycanımızın bayrağını dünyanın ayrı-ayrı ölkələrində yüksəltməkdən, Dövlət Himnizmizi səsləndirməkdən qürur duymuşam. Bundan başqa, mənim minlərlə tələbəm var ki, onlar da peşəkar səviyyədə idmanla məşğul olurlar. Mən onlarla da fəxr edirəm. Bu, həm də gənclərimizin asudə vaxtlarının səmərəli, faydalı keçməsi deməkdir. Amma bir məsələni də diqqətə çatdıqmaq istəyirəm ki, elm sahəsindəki uğurlarım heç də idman sahəsindən geri qalmır. Orta məktəbi qızıl medalla bitirmişəm. Azərbaycan Tibb Universitetinin əczaçılıq və Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə başa vurmuşam. Bunları ona görə deyirəm ki, istənilən namizəd bilsin ki, bu sahədə də qalib gəlmək gücüm var.  

Mən müstəqil olaraq namizədliyimi irəli sürmüşəm. Heç bir partiyanın üzvü deyiləm. Ancaq dövlətçiliyimizin qorunması, bu dövlətçiliyimizin inkişafında müstəsna xidməti olan cənab Prezidentin dəstəklənməsi mənim başlıca xəttimdir. Azərbaycan dövləti ilə, Azərbaycan Prezidenti ilə fəxr edirəm”.  

Seçici Həbibə Məmmədova bildirib ki, 70 yaşı olmasına baxmayaraq ömründə ilk dəfədir ki, deputalığa namizədin görüşünə gəlir: “Ülvinin platforması ilə tanış oldum və gördüm ki, o, deputatlığa ən layiq insandır. Mən bütün seçiciləri Ülviyə səs verməyə çağırıram”.   Seçici Əliqismət Bədəlov isə ötən seçkilərdə bu dairənin seçicilərinin yanıldığını, ona görə də  5 il müddətində deputatsız qaldıqlarını söyləyib: “Mən 14 namizədin on ikisini şəxsən tanıyıram. Ona görə də bir daha yanılmamaq üçün hamınız Ülvi Quliyevə səs verməyə çağırıram”.  

 

 

 

 

 

 

 

 

 


Ülvi Quliyevin Seçki Qərargahı  
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə