Modern.az

Fikrət Qocanın Moskva səfəri iclası ləngidəcək

Fikrət Qocanın Moskva səfəri iclası ləngidəcək

23 Oktyabr 2015, 11:41


Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayından sonra təsis edilən qəbul komissiyasının iclası oktyabrın sonu baş tuta bilər.

Bu barədə Modern.az saytına birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, qəbul komissiyasının sədri xalq şairi Fikrət Qoca 80 illik yubiley münasibətilə Moskvaya gedəcəyindən iclas noyabrın əvvəllərinə saxlanıla bilər. Ən gec halda da o zaman komissiyanın yekun iclası keçiriləcək.

Qeyd edək ki, iclasda AYB-yə təqdim olunan sənədlər əsasında yeni üzvlər müəyyən ediləcək.

 

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub