Modern.az

Rusiyanın sabiq baş naziri vəfat edib

Rusiyanın sabiq baş naziri vəfat edib

Təhsil

3 Noyabr 2010, 12:29


Rusiyanın sabiq baş naziri Viktor Çernomırdin noyabrın 3-də gecə saatlarında 73 yaşında vəfat edib. Modern.az-ın “Ria-novosti”yə istinadla verdiyi məlumata görə, V,Çernomırdin son vaxtlar çox ciddi ağrılar keçirirmiş.
V.Çernomırdin 1992-1998-ci illərdə Rusiyanın baş naziri postunu tutub. 2001 – 2009-cu illərdə Rusiyanın Ukraynadakı səfiri postunda çalışıb.
V.Çernomırdin 2009-cu ildən Rusiya prezidentinin MDB ölkələri ilə iqtisadi əməkdaslıq üzrə xüsusi təmsilçisi idi.

Rusiya mətbuatının məlumatına görə, Çernomırdin bu ilin martında vəfat edən həyat yoldaşının xiffətini də çox çəkirmiş. Onların iki oğlu, 4 nəvələri var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə