Modern.az

İraq kəşfiyyatı: “İŞİD-in əsas ticarət tərəfdaşı Türkiyədir”

İraq kəşfiyyatı: “İŞİD-in əsas ticarət tərəfdaşı Türkiyədir”

23 Oktyabr 2015, 14:28



İraq kəşfiyyatı İraq-Şam İslam Dövlətinin (İŞİD) nəzarətdə saxladığı ərazilərdəki neft yataqlarından ayda 50 milyon dollara yaxın gəlir götürdüyünü yazır.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, kəşfiyyat İŞİD-in neft yataqlarının istismarı ilə kifayətlənmədiyini, bölgəyə əcnəbi mühəndislər və yeni avadanlıqlar cəlb etdiyini müəyyənləşdirib.

Situasiya ilə tanış olan ABŞ administrasiyası isə qonşu dövlətlərdən terror təşkilatına yardım edə biləcək ticarət razılaşmalarından uzaq olmasını istəyib.

“Vaşinqton region ölkələri, o cümlədən Türkiyə ilə danışıqlar apararaq İŞİD-in nəzarəti altında olan ərazilərə neft avadanlıqlarının daşınmasının yol verilməz olduğunu bildirib”.

Məlumata görə, İŞİD neftin 1 barelini əsasən 35 dollara, bəzi hallarda isə 10 dollara satır.

İraq kəşfiyyatı Suriyada İŞİD-in 160 işlək neft buruğunun olduğunu və burada sutkada 30 min tondan artıq neftin hasil olunduğunu bildirir. İraqda isə islamçılar sutkada 15-20 min ton neft hasil edə bilirlər.

Digər məlumata görə, İŞİD-in əsas ticarət ortağı və xüsusən neft alıcısı türkiyəli qaçaqmalçılardır. Onlar nefti alaraq sonradan başqa ölkələrə baha qiymətə satırlar. Neftə görə əsas ödəniş Ankara və İstanbulda terror qruplaşması ilə əlaqəli olan şəxslərə ödənilir.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi