Modern.az

Prezidentliyə namizəd ABŞ-da məscidləri bağlayacağını istisna etmir

Prezidentliyə namizəd ABŞ-da məscidləri bağlayacağını istisna etmir

23 Oktyabr 2015, 16:22


ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından əl real namizəd olan milyarder Donald Tramp növbəti dəfə qalmaqallı bəyanat verib.

Modern.az Amerika mətbuatına istinadən xəbər verir ki, Tramp “Fox Business” kanalına müsahibəsi zamanı jurnalistin “Sizcə, Amerikada İraq-Şam İslam Dövləti ilə mübarizə çərçivəsində bəzi məscidləri bağlamaq lazımdırmı” sualına müsbət cavab verib: “Mən prezident olsam, bunu o dəqiqə edərdim”.

O, belə qərarların ölkə konstitusiyası ilə düzgün olmadığını desə də, həmin variantın gözdən keçirilməsinin vacib olduğunu deyib.   Bundan qabaq, Donald Tramp “ABŞ-da problem bar və bu problemin adı müsəlmanlardır” deməsi ilə gündəmə gəlib.  

Amerikada müsəlman təşkilatları isə Donald Trampdan üzr istəməyi tələb ediblər.    

Vüqar İsmayılov 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu