Modern.az

Nemtsovun qətlində günahlandırılan Suriyada döyüşmək istəyir

Nemtsovun qətlində günahlandırılan Suriyada döyüşmək istəyir

23 Oktyabr 2015, 21:07

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlində təqsirkar bilinən Zaur Dadev prezident Vladimir Putinə Suriya ərazisində İraq-Şam İslam Dövlətinə qarşı döyüşmək üçün razılıq verməsi ilə bağlı müraciət edib. Modern.az xarici mediaya istinadən bildirir ki, Dadaev prezidentə məktubunda bununla günahsız olduğunu sübut etməyə imkan verməsini xahiş edir.

Dadaev qeyd edir ki, onun fikrincə, qanunsuz saxlanılıb, onun günahkar olmasını sübut edəcək fakt fiziki cəhətdən məhv ediləcəyi ilə bağlı təhlükəyə görə məcburi ifadə verməsidir.

Dadaevin vəkili Şamsudin Tsakaev “Danışır Moskva” radio stansiyasına bildirib ki, onun müdafiə etdiyi şəxs Çeçenistanın rəhbəri Ramzan Kadırovun Suriyaya döyüşçü göndərməyə hazır olması haqda bəyanatından sonra dövlət başçısına müraciət edib. Vəkilin sözlərinə görə, Ramzan Kadırov əvvəllər Zaur Dadaevin vətənpərvərliyinə və şəxsi keyfiyyətlərinə xüsusi qiymət verib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir