Modern.az

Vyana sammiti belə nəticələndi

 Vyana sammiti belə nəticələndi

24 Oktyabr 2015, 00:12

Rusiya İran və Misirin cəlb olunması ilə Suriya probleminin həllində iştirak edən vasitəçilərin sayının artırılmasını dəstəkləyir.

  Modern.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarlarla Vyanada bugünkü görüşdən sonra bildirib. Lavrov qeyd edib ki, Suriya müxalifətinin də “İslam dövləti”nə (İŞİD) qarşı mübarizəsi vətənpərvərlik baxımından çox əhəmiyyətlidir.   

ABŞ-ın dövlət katibi Con Kerri də görüşün konstruktiv və məhsuldar keçdiyini bildirib. O, qeyd edib ki, tərəflər genişləndirilmiş formatda 30 oktyabrdan sonra yenidən görüşə bilərlər. Amma dövlət katibi İranın bu görüşdə iştirakını istisna edib.   

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr isə qeyd edib ki, iştirakçılar Suriya prezidenti Bəşər Əsədin siyasi taleyi haqqında razılaşa bilməyiblər.

  Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir