Modern.az

Leyla Şıxlinskaya: "4 həyat yoldaşım olub "

Leyla Şıxlinskaya: "4 həyat yoldaşım olub "

24 Oktyabr 2015, 13:34

“Bəlkə beşincini də tapdım”


Əməkdar artist Leyla Şıxlinskaya ATV-də yayımlanan “5-ci element” verilişinin qonağı olub. 

Modern.az saytı oxu.az-a xəbər verir ki, aparıcı Kamilə Babayeva Leyla xanıma “4 həyat yoldaşınız olub, 5-ci elementinizi tapmamısınız” sualını ünvanlayıb.

“Bu qədər dəqiq məlumatı haradan bilirsiniz? Bəli. Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir”,-deyə Leyla Şıxlinskaya cavab verib.

Leyla Şıxlinskaya aktrisası, baletmeysteri və pedaqoq kimi tanınıb. 12 İyun 1947-ci ildə Ağdam rayonunun Göytəpə kəndində anadan olub. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaradıb.

Daha sonra tamaşaçılar onu "Gün keçdi" filmindən Əsmər obrazı ilə yadda saxlayıblar.

Qeyd edək ki, Leyla Şıxlinskayanın Bakıda özəl tibb klinikası da fəaliyyət göstərir. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?