Modern.az

“Kəramət Böyükçöl ilk növbədə atası Qəşəm Nəcəfzadəni inkar eləməlidi”

“Kəramət Böyükçöl ilk növbədə atası Qəşəm Nəcəfzadəni inkar eləməlidi”

24 Oktyabr 2015, 14:13


Gənc yazar Kəramət Böyükçöl Facebook şəbəkəsində Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbi-2-in məzunlarını aşağılayan sözlərlə çıxış edib, eyni zamanda bu layihənin rəhbəri Rəşad Məcidə atmaca atıb. O, bu qeyri-etik hərəkətləri ilə yazarlar cameəsində qınaq obyektinə çevrilib.
Ümumiyyətlə, Kəramət Böyükçöl son vaxtlar tanınmış yazıçı və şairlər haqda qalmaqallı ifadələr işlətməklə gündəmə qalmağı bacarıb.

Filologiya elmlər doktoru, professor Nizaməddin Şəmsizadə Modern.az saytının xüsusi layihəsinə müsahibəsində bu məsələyə toxunub. O, son vaxtlar gündəmdə qalmaqdan ötrü inkarçılıqla məşğul olan, bəyənməmək prinsipindən istifadə edərək piar qurmağa çalışan gənc yazar Kəramət Böyükşöllə bağlı iradını belə bildirib:

“Atalar və oğullar problemi həmişə olub. Yəni bu nəsillər problemidi. Bu yaxınlarda mətbuatda bizim ortabablıqdan da aşağı səviyyəli şairimiz Qəşəm Nəcəfzadə və onun oğlu Kəramət Böyükçöl birləşib Bəxtiyar Vahabzadəni inkar eləyib, həmçinin Kəramət Mirzə Ələkbər Sabiri inkar eləyib. Mən belə başa düşürəm ki, Kəramət inkarla məşğuldursa, ilk növbədə atası Qəşəm Nəcəfzadəni inkar eləməlidi. Ancaq bu iki istedadsız adam birləşərək klassik ədəbiyyatı, keçmişi çayxana səviyyəsində inkar eləyirlər”.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı