Modern.az

Deputatlığa namizəd Tahir Süleymanov seçicilərlə möhtəşəm görüşlər keçirib ®

Deputatlığa namizəd Tahir Süleymanov seçicilərlə möhtəşəm görüşlər keçirib  ®

Təhsil

3 Noyabr 2010, 15:41

54 saylı Şabran - Siyəzən seçki dairəsindən deputatlığa namizəd, YAP üzvü Tahir Süleymanovun seçicilərlə növbəti möhtəşəm görüşləri olub. Siyəzəndə seçicilər Yeni Azərbaycan Partiyasının namizədi ilə görüşlərə böyük maraq göstərir, onun keçirdiyi görüşlərə fəal şəkildə qatılırlar. Görüşlərdə seçicilərlə səmimi ünsiyyət quran namizəd Tahir Süleymanov öz seçki platformasını onların diqqətinə çatdıraraq, yenidən millət vəkili seçiləcəyi təqdirdə, qanunvericilik sahəsində fəal təşəbbüskarlıq göstərəcəyini, təmsil etdiyi bölgənin maraqlarını ifadə edən bütün məsələlərin Milli Məclis səviyyəsində həll edəcəyini bildirmişdir.

Deputatlığa namizəd T.Süleymanov YAP Siyəzən rayon təşkilatının təşəbbüsü ilə Siyəzən rayonunun kənd və qəsəbələrində hazırlanmış tədbirlər planına uyğun olaraq xalqın bütün təbəqələri ilə mütəmadi görüşlər keçirmişdir. Bundan başqa o, ayrı-ayrılıqda vətəndaşlarla da fərdi qaydada görüşmüş, onları narahat edən məsələləri diqqətlə dinləmişdir.

Belə ki, O, 18 oktyabr 2010-cu il tarixdə rayon səhiyyə işçiləri ilə, 19 oktyabr Siyəzən rayonu Məşrif, Qozağacı, Sədan və Eynibulaq, oktyabrın 21-də Zarat, Beşdam, Böyük Həmyə və Balaca Həmyə, oktyabr 26-da Yenikənd, Gilgilçay qəsəbə və Tağay kəndlərində əhali ilə, oktyabrın 28-də rayon neftçiləri ilə, oktyabrın 30-da rayonun Dağquşçu və Ələz kəndlərində sakinlərlə, noyabrın 2-də təhsil və mədəniyyət işçiləri ilə görüşlər keçirmişdir.
Milli Məclis üzvlüyünə namizəd Tahir Süleymanov seçiciləri tərəfindən böyük səmimiyyətlə, xoş münasibətlə qarşılanıb. O, millət vəkili kimi, son beş ildə gördüyü işlərdən, deputat kimi öhdəsinə düşən vəzifələrdən söz açıb.

Görüşlərdə iştirak edən YAP Siyəzən rayon təşkilatının sədri E.Heydərov bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi, Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi, 7 noyabr parlament seçkilərində da inamlı qələbəsi üçün başlıca təminatdır. Təşkilat sədri deputatlığa namizəd Tahir Süleymanovun ötən beşillik fəaliyyətindən söz açaraq, onun gördüyü işlərdən, Milli Məclisdəki fəaliyyətindən danışıb, və qeyd edib ki, Tahir Süleymanov yenidən millət vəkili seçilməyə layiqdir. O, çıxışlarının sonunda 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin, o cümlədən Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Tahir Süleymanovun bu seçkidə qələbə qazanacağına əmin olduğunu bildirib.

Deputatlığa namizəd Tahir Süleymanov öz seçiciləri qarşısında geniş və məzmunlu fikirlər söyləyib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərib və göstərməkdədir. Bu partiyanın ətrafında layiqli insanlar birləşiblər. Sonda Tahir Süleymanov yenidən millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması haqqında geniş məlumat  verıb. O da öz növbəsində Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də növbəti dəfə böyük, inamlı qələbə qazanacağına inandığını bildirib.


Seçki qərargahı                                                          

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə