Rusiya təyyarələri Suriyada əməliyyatlara başladığı müddət ərzində 934 hərbi uçuş edib.
Modern.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.Qonşu ölkə aviasiyası Suriyada terrorçulara məxsus 800-dən artıq obyekti məhv edib.
Məlumata görə, təkcə ötən həftə ərzində Rusiya terrorçuların onlarla komanda məntəqəsini, həmçinin səhra düşərgəsini bombalayıb.
Rusiya sentyabrın 30-da Suriya prezidenti Bəşər Əsədin xahişi ilə bir sıra ölkələrdə fəaliyyəti qadağan olunan “İraq-Şam İslam Dövləti” terror qruplaşmasına havadan hərbi əməliyyatlara başlayıb.
Modern.az