Modern.az

Aşura mərasiminə hücum –1 ölü, 50 nəfər yaralı

Aşura mərasiminə hücum –1 ölü, 50 nəfər yaralı

24 Oktyabr 2015, 22:37

Banqladeşin paytaxtı Dəkkə şəhərində şiə müsəlmanlara bombalı hücum nəticəsində bir nəfər həyatını itirib və ən azı 50 nəfər yaralanıb.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt Dəkkədə keçirilən ənənəvi Aşura mərasiminə toplaşmış minlərlə insanın arasına evdə hazırlanmış bir neçə partlayıcı qurğu atılıb.

Banqladeşin kiçik şiə azlığının liderləri bildirib ki, ilk dəfədir ki şiə mərasiminə hücum olur.

Şiə müsəlmanlar Aşura mərasimini keçirmək üçün şəhərin əsas şiə məhəlləsi olan tarixi Hüseyni Dalanda toplaşıblar.

Polis hadisə yerində üç nəfəri həbs edib, lakin hücum edən şəxslərin kimliyi barədə heç nə açıqlanmayıb.

Hospitala aparılmış şəxslərdən heç birinin vəziyyətinin ağır olmadığı bildirilir.

Cümə günü Pakistanda keçirilmiş Aşura mərasiminə canlı bomba hücumu nəticəsində də ən azı 22 nəfər həyatını itirib. 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir