Modern.az

Hava limanları yaxınlığında yaşamaq təhlükəlidir

Hava limanları yaxınlığında yaşamaq təhlükəlidir

Dünya

24 Oktyabr 2015, 23:07

Hava limanlarından 10 kilometr radiusda yaşayan amerikalılar daha çox astma və ürək xəstəliklərinə yoluxurlar. Modern.az xarici mediaya istinadən bildirir ki, bu qənaətə Kaliforniya və Kolumbiya universitetlərinin araşdırması nəticəsində gəlinib.

Həkimlərin sözlərinə görə, təyyarələrin üçuşu və enişi zamanı kifayət qədər dəm qazı ayrılır ki, bu da ətrafda yaşayan insanların sağlamlığını korlayır. Bundan əlavə, uçuş zolağında mühərrikin qızdırılması zamanı havaya zəhərli qaz uçur. 

Alimlər Kaliforniyanın 12 iri hava limanı ərtafında yaşayan insanların sağlamlıq vəziyyətini yoxlayıblar. Aydın olub ki, 164 şəhərin sakinləri nəfəs sistemindəki problemlərlə bağlı tez-tez xəstəxanalara düşürlər. bundan əlavə, hava limanlarının yaxınlığında yaşayan adamlar arasında ürək-damar sistemi xəstəliyinə yoluxanların sayı 9 faiz çox olub.

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür