Modern.az

Gedişi olub dönüşü olmayan səyahət...

Gedişi olub dönüşü olmayan səyahət...

Təhsil

3 Noyabr 2010, 16:35

ABŞ insanları Mars planetində məskunlaşdırmağa hazırlaşır

Amerikanın kosmik tədqiqatlar mərkəzi - NASA Mars planetinə səhayət planlaşdırır. Amma səyahətə getmək istəyənlər dünya ilə həmişəlik vidalaşmalı olacaq. Bu səyahəti digərlərindən fərqləndirən cəhət  biletin tək istiqamətli olmasıdır. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, NASA Mars planetində yaşamaq üçün  könüllü insanlar axtarır.

NASA “Əsr Ulduz Gəmisi” adlı layihə ilə 2030-cu ildə ilk insanları Mars səthinə endirməyi planlaşdırır. Məqsəd daha əvvəl insan ayağı dəyməyən “Qırmızı Planetdə ” insan irqini yaymaqdır. Könüllü gedən astronavtlar 6 ay davam edəcək Mars səfərindən sonra dünya ilə birdəfəlik vidalaşmalı olacaq.

NASA- nın araşdırma mərkəzi Ames layihə üçün  101, 5 milyon dollar maliyyə ayırıb. Araşdırma qurupu eyni zamanda, Mars planetində insanların 2030-cu ildə məskunlaşa biləcəyini acıqlayıb. Marsın təyin olunan  yerlərində insanların yaşaması üçün binalar inşa ediləcək,  yaşayış yerləri hazır olduqdan sonra isə 10 Mars vətəndaşı yerdən Marsa doğru ucacaq.

Binaların qurulmasında əsas məqsəd, Marsda yaşayacaq  insanları kosmik radiasiyadan  qorumaqdır.

Yaşları  20 ilə 40 arasında dəyişən sərnişinlərin 50-si qadın, 50-si kişi olacaq.  Marsda ailə qurub yaşayacaq bu insanlardan ən azı 3 uşaq dünyaya gətirmək  istənilir. Marsa gedən ilk sərnişinlər fransızlar və amerkalılar olacaq. Dini cəkişmələrin qarşısını almaq üçün müsəlmanlar aparılmayacaq. Elə bu səbəbdən də Marsda ibadədxana inşa edilməyəcək.

Qeyd edək ki, alimlər Marsda həyat üçün lazımi su, havanun olduğunu müəyyənləşdiriblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə