ABŞ Konqresinə keçirilən seçkilərdə erməni icmasının dəstək verdiyi senator Barbara Bokser qələbə qazanıb. Bokser ABŞ-ın Azərbaycana səfir göndərmək istədiyi Metyu Brayzanın namizədliyinin təsdiqlənməsinə veto qoyaraq əngəlləyən senator kimi tanınır.
Amma erməni icmasının itkiləri də var. İcmanın dəstəklədiyi Mayk Qrim Maykl Mak-Maqona uduzub. Ermənilər bundan narahat olublar.
Senator Mak-Maqon Türkiyə və Azərbaycan lobbisinin maraqlarını təmsil edən senatordur. Həmçinin uzun illər uydurma “genosid” qətnaməsini Senatda müzakirəsini dəstəkləyən senator Rass Faynqold da məğlub olub