Modern.az

Dünyada ən çox avtomobil satan şirkətlər - SİYAHI

Dünyada ən çox avtomobil satan şirkətlər - SİYAHI

26 Oktyabr 2015, 13:44


Yaponiyanın “Toyota Motor” avtomobil konserni dünya bazarında ən çox maşın satan şirkət olub.

Modern.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında avtomobil nəhəngi 7,49 milyon maşın satıb.

İkinci yerdə gələn Almaniyanın “Wolkswagen” konserni isə 7,43 milyon satışla yaponiyalı rəqibindən geri qalıb. Bunun səbəblərindən biri sentyabr ayında dizel motoru ilə işləyən maşınlarında nasazlığın ortaya çıxması və bu səbəbdən 11 milyon avtomobili geri qaytarması olub.  

Avtomobil satan ən böyük üçüncü şirkət isə böhrandan sonra özünə gəlməyə başlayan “GM” “General Motors”dur. Avotomobil şirkəti 2015-ci ilin 9 ayında 7,2 milyon müxtəlif markalı maşın satıb.    

Vüqar İsmayılov      

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir