Modern.az

ABŞ mətbuatı Rusiya - “Taliban” əlaqələrindən yazdı – “Moskva ikibaşlı oyun aparır”

ABŞ mətbuatı Rusiya - “Taliban” əlaqələrindən yazdı – “Moskva ikibaşlı oyun aparır”

26 Oktyabr 2015, 17:42


Əfqanıstanda İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının aktivləşdiyi məqamda “Taliban” hərəkatı qonşu dövlətlər, o cümlədən Rusiya ilə əlaqə çalışır.

Modern.az ABŞ-ın “The Daily Beast” qəzetinə istinadən xəbər verir ki, “Taliban” hərəkatının üzvləri də Rusiya ilə münasibətlərin “istiləşmə”yə doğru getdiyini deyiblər.

“ABŞ qlobal hegemonluğu və İŞİD təhlükəsi “Taliban” və Rusiyanın yaxınlaşmasına səbəb olur və Yaxın Şərqdə baş verəcək hadisələrdən asılı olaraq yaxınlığımızın davam edəcəyini istisna etmirik. Əgər Rusiya Suriyada Əsəd rejimini hakimiyyətdə saxlaya bilərsə, bu talibləri Moskva ilə münasibətləri daha da yaxınlşadırmağa vadar edəcək”, - “Taliban” qruplaşmasının hərbi komitəsinin üzvü deyib.  

Moksvanın taliblərin hakimiyyətə geri dönməsi ehtimalına qarşı, onlarla ikili oyun apardığını təxmin edən “The Daily Beats” qəzeti, hazırda Rusiyanın terrorçu qruplaşma ilə münasibətlərini gizli saxladığını və Tacikistanın vasitəçilyi ilə gerçəkləşdirdiyini yazıb.  

“Taliban”ın səhra komandirlərindən Tahir Şamarzay təşkilatın “girovların geri alınması və sülh” komitəsinin sədri kimi ötən ilin mayında Tacikistana səfər edib.

“The Daily Beast” qəzetinin məlumatına görə, o  4 tacik sərhədçisinin azad olunması üçün xeyli silah-sursat tələb edib.   2013-cü ilin ortalarında rusiyalı pilot taliblərin nəzarətində olan ərazidə məcburi eniş etdikdən sonra Moskva onun azadlığı üçüm qruplaşmaya xeyli silah və kəşfiyyat məlumatları ötürməyə məcbur olmuşdu.    

Vüqar İsmayılov   

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır