Modern.az

Sosialistlərin lideri baş naziri fırıldaqçı adlandırdı

Sosialistlərin lideri baş naziri fırıldaqçı adlandırdı

26 Oktyabr 2015, 18:10



İspaniya hökumətinin başçısı Mariano Raxoy krallığa sadiq qalanları baş nazir postunda qaldığı müddətdə davamlı olaraq aldadıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu İspaniya Sosialist Fəhlə Partiyasının baş katibi Pedro Sançes bəyan edib.

Onun iddiasına görə, bütün sosioloji sorğular Raxoyun ən pis nazir olduğunu təsdiqləyib və ispaniyalıların bu qənaətə gəlməsi üçün səbəb də var. Sançesin fikrincə, krallığa sadiq insanlar bilirlər ki, baş nazir özünü fırıldaqçı kimi göstərib. Bundan əlavə, sosialistlərin lideri hesab edir ki, Raxoy seçkilərə korrupsiya faktlarına reaksiya vermək üçün siyasi layihəsi olmadan gəlib.

Bu gün Madriddə Nazirlər Sovetinin növbədənkənar iclası keçirilir. Raxoyun həmin iclasda dekabrın 20-də parlament seçkilərini təyin edəcəyi gözlənilir. Həmin seçkilərdə əsas rəqiblər baş nazirin hakim Xalq Partiyası və Sançesin rəhbərlik etdiyi partiya hesab edilirlər.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir