Modern.az

Ermənilər mülki əsirimizi sabah qaytarırlar...

Ermənilər mülki əsirimizi sabah qaytarırlar...

Təhsil

3 Noyabr 2010, 18:45

Sabah Ermənistan əsirlikdə saxladığı mülki şəxs Eldar Tağıyevi Azərbaycana təhvil verəcək. “Novosti Armeniya” bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumatda bildirilib ki, əsirin qaytarılması 27 oktyabr tarixində Həştərxanda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları sazişə əsasən həyata keçirilir. Təhvilvermə prosesi noyabrın 4-də, saat 12.00-da Ermənistan-Azərbaycan təmas xəttinin şimal-şərqində - İcevan-Qazax yolunda baş tutacaq.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev Azərbaycan mətbuatına açıqlamasında xəbəri təsdiq edib.

Qeyd edək ki, hazırda Azərbaycanın ermənilərdə 2 hərbi, 1 mülki əsiri və 2 meyiti var.
Azərbaycanda isə 6 erməni hərbi əsiri və 5 nəfərlik erməni ailəsi, eyni zamanda intihar edən 1 erməni kəşfiyyatçısının meyiti var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə