Modern.az

İŞİD döyüşçüləri hərəmxanada belə əylənirlər - VİDEO

İŞİD döyüşçüləri hərəmxanada belə əylənirlər - VİDEO

27 Oktyabr 2015, 10:45


Suriya ordusunun hərbçiləri "İslam dövləti" (İŞİD) terror qruplaşmasının döyüşçülərinin asudə vaxtlarında qadınlarla əyləndiklərini əks etdirən video kadrları əldə ediblər.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, kadlarda açıq-saçıq geyinən qadının özünü qruplaşma üzvlərinə təklif etdiyi və dayanmadan rəqs etdiyi görünür.

Eskpertlərin fikrincə, kadrlar “seks cihad” adını almış fenomenin geniş yayıldığını göstərir. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Qafqazdan İŞİD-ə qoşulan qadınlar könüllü şəkildə yerli hərəmxanalara daxil olurlar. “Makar” adı verilən belə hərəmxanalarda İŞİD yaraqlıları bəyəndikləri qadınları özlərinə müvəqqəti həyat yoldaşı götürürlər.

Əgər döyüşçü həlak olarsa, onun xanımı yenidən hərəmxanaya qayıdır və yeni ər axtarmağa başlayır.   Bəzi hallarda esktremistlər qadınları zorakılıqla “seks cihad”a məcbur etmək istəyirlər. Ötən ilin dekabrında İŞİD-in döyüşçüləri ilə intim əlaqəyə girməkdən imtina edən 150 qadın, o cümlədən azyaşlılar kütləvi şəkildə edam olunublar.  

Qruplaşmanın nəzarətində olan Mosul şəhərində fəaliyyət göstərən qul bazarında 1-9 yaşlı qızlar 165 dollar, 20 yaşadək qızlar 125 dollar, daha yaşlı qadınlar isə 80-100 dollar arasında satışa çıxarılır. 

 

Vüqar İsmayılov
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir