Modern.az

Dünyanın ən yaşlı əkizləri

Dünyanın ən yaşlı əkizləri

Təhsil

3 Noyabr 2010, 20:56


Dünyanın ən yaşlı əkizlərinin 100 yaşı var. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünyanın ən yaşlı əkizləri İngiltərədə yaşayan Ena Pugh və Lilli Milvard  bacılarıdır. “Ginessin Rekordar kitabı”na düşən bacılar 100 yaşındadır. Əkizlərin  sözlərinə görə,  onların uzun yaşamalarının sirri cox gülməklərindədir. Bacılar 100 yaşında olmalarına baxmayaraq, həftədə bir dəfə görüşüb alış-veriş mərkəzlərinə getdiklərini və tez-tez axşamlar telefonla danışdıqlarını bildiriblər. Əkizlərdən Ena Lillidən bir necə dəqiqə böyükdür. Hər ikisi dul olan bacılar 10 uşaqlı bir kəndli ailəsində 1910-cu ildə dünyaya gəliblər.  
Qeyd edək ki, ingilis bacılardan əvvəl dünyanın ən yaşlı əkizləri 98 yaşlı fransız bacıları idi.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə