Modern.az

“Miqrant axınına görə Angela Merkelin “qızıl dövrü” sona çatır”

“Miqrant axınına görə Angela Merkelin “qızıl dövrü” sona çatır”

27 Oktyabr 2015, 14:41


Böyük Britaniyanın “Financial Times” nəşri Avropanı bürüyən miqrant axını problemi fonunda Almaniya kansleri Angela Merkelin yüksək populyarlıq qazandığı “qızıl dövrü”nün keçmişdə qaldığını yazıb.

Modern.az qəzetə istinadən xəbər verir ki, yaxınlara qədər Merkel dünyanın ən uğurlu siyasətçilərindən biri sayılırdı. Kansler seçkilərində 3 dəfə ard-arda qələbə qazanan Merkel təkcə Almaniyanın deyil, bütün Köhnə Dünyanın əsas lideri idi. Amma bu il 1 milyondan artıq miqrant qəbul edəcək ölkədə, Merkelin qeyri-adi yüksək reytinqi yerini alman cəmiyyətində artan narahatlığa və hətta öz partiyadaşları tərəfindən səslənən tənqidlərə verib.  

“Merkelə yaxın olan siyasi çevrələrdə kanslerin 2017-ci il seçkilərini gözləmədən istefa verə biləcəyini deyirlər. Bir neçə ay əvvəl, 4-cü müddətə kansler olması müzakirə oluan Angela Merkelin bugünkü şəraitdə yenidən rəhbər seçilməsi mümkünsüz görünür”.  

Merkel qaçqınlarla bağlı problemi nəzarətdən buraxıb. İctimaiyyət qarşısında alman məmurları kanslerin “biz bunun öhdəsindən gələ bilərik” devizini dəstəkləsələr də, zahiri ruh yüksəkliyinin arxasında ciddi panika və təşviş var idi.

Bunun səbəbi isə - xərclərin artması, sosial təminatların aşağı düşməsi, bu fonda Merkelin reytinqinin azalması və millətçi partiayların populyarlıq toplması idi.

Almaniya cəmiyyəti artıq qaçqınların qəbul olunmasını normal qəbul etmir və onların sayının çoxluğundan şikayətlənir. Bəzi günlərdə 10 minə qədər mühacir qəbul edən Almaniya yaxın 4 il ərzində cəmisi 20 min miqranta sığınacaq verəcəyini söz verən Böyük Brutaniya qarşısında çox ürəyiaçıq görünür.  

Bəzi almanlar Yer kürəsinin bütün məzlum insanları üçün ölkəsinin qapılarını açıq elan edən “Merkel Ana”nın dəli olmasınadan şübhələniblər. Bu problemin tez həlli Macarıstan kimi qonşu dövlətlərlə sərhəddə mühafizə divarının çəkilməsi olardı. Almaniya mühafizəkarları Merkeldən bunu gözləsələr də, sərbəst hərəkət azadlığını hər şeydən üstün tutan kanslerin buna razı olacağı inandırıc deyil.  

2005-ci ildə Merkel hakimiyyətə gəldikdən 2015-ci ildə miqrant böhranı qabarana qədər keçən 10 il Almaniya üçün rifah və əmin-amanlıq illəri idi Bu dövrdə ölkə sürətlə inkişaf edib, beynəlxalq aləmdə nüfuz sahibi olub və bütün irli-xırdalı hərbi konfliktlərdən uzaqda qalmağı bacamışdı. Lakin görünən odur ki, Merkelin “qızıl dövrü” artıq sona çatıb.  

Vüqar İsmayılov           

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir