Modern.az

İTV-nin bu günkü efiri: Əhliman Əmiraslanov, “Qulp”çu “Aşıq Yedigar”, şahmat müəllimi, cərrah və Lazım Umudov….

İTV-nin bu günkü efiri: Əhliman Əmiraslanov, “Qulp”çu “Aşıq Yedigar”, şahmat müəllimi, cərrah və Lazım Umudov….

4 Noyabr 2010, 10:03


Modern.az-ın məlumatına görə, noyabrın 4-də İctimai Televiziyanın efirində deputatlığa namizədlər üçün keçiriləcək debatda daha 5 dairənin təmsilçiləri özlərini seçicilərinə tanıtdıracaqlar. Bunlar 65 saylı Saatlı - Sabirabad - Kürdəmir (5 namizəd), 74 saylı Lənkəran kənd (4 namizəd), 124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd (4 namizəd), 123 saylı Kəlbəcər (5 namizəd) seçki dairələrinin deputatlığa namizədləridir. Onlarla birgə bu axşam 62 saylı Saatlı seçki dairəsindən sonradan qeydiyyata alınan 1 namizəd də debatda iştirak edəcək.

İlk olaraq efirə 65 saylı Saatlı - Sabirabad - Kürdəmir seçki dairəsindən 5 və 62 saylı Saatlı seçki dairəsindən 1 namizəd çıxacaq.
65 saylı dairədən debata YAP-ın vahid namizədi Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanov, onun həmkarı, Saatlı Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Əhədağa Soltanov, BDU-nun müəllimi Haqverdi Tapdıqov, bitərəf Lazım Umudov və KXCP –nin işsiz namizədi İsmayıl Yusifov çıxacaq..

Onlardan sonra efirə Cənub bölgəsinin təmsilçiləri çıxacaqlar. 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə deputatlığa 4 namizəd seçki platformalarını izah edəcəklər. Bu namizədlər içində tanınmışı keçmiş deputat Hadı Rəcəblidir. Onunla bərabər Tikiş –Sənaye Kombinatında işləyən Azərbaycan Kommunist Partiyasının sədri Telman Nurullayev, orta məktəb müəllimi Elnur Nəhmətli və şahmat məktəbinin müəllimi Çinar Səfərov əyləşəcək.

Daha sonra İTV-nin debat masasının arxasına 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizədlər oturacaq.

Bu namizədlər bitərəf Bəkir Əzizov, deputat Elman Məmmədov, ANS-in “Qulp”unun “Aşıq Yedigarı”-Şuşa Teatrının direktoru Yadigar Muradov və müstəqil YAP-çı Rəhman Rəhmanovdur.

123 saylı Kəlbəcər seçki dairəsinin deputatlığa namizədləri də bu gün İTV-nin efirində olacaqlar. Bu dairənin tanınmış namizədi millət vəkili Cavid Qurbanovdur. Onunla birgə

bitərəf  işsizlər Şahin Cavadov,  İmamverdi Cəfərov , rayon Təhsil şöbəsinin metodisti Vaqif Əşrəfov, Tibb Unversitetinin dosenti Nağdəli Zamanov seçicilərə üz tutacaqlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?