Modern.az

Liviyadakı helikopter qəzasında 12 nəfər öldü

Liviyadakı helikopter qəzasında 12 nəfər öldü

27 Oktyabr 2015, 18:11



Liviyanın paytaxtı Tripolinin qərbində baş verən aviasiya qəzasında 12 nəfər həlak olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, helikopter yerdən açılan atəş nəticəsində qəzaya uğrayıb.

  Kəndlərdən birində yerli bank üçün pul aparan hava gəmisi geri qayıdarkən paytaxta yollanan sərnişinləri də öz göyərtəsinə götürüb.  

İlkin ehtimallara görə, hadisəni mərkəzi hakimiyyəti tanımayan müxalif qruplaşmalardan biri törədib.  

Vüqar İsmayılov  
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?