Modern.az

Fuad Muradov müraciət etdi: "Mən sizi 7 noyabrda məntəqələrə gəlməyə və seçmək hüququnuzdan istifadə etməyə çağırıram»

Fuad Muradov müraciət etdi: "Mən sizi 7 noyabrda məntəqələrə gəlməyə və seçmək hüququnuzdan istifadə etməyə çağırıram»

Təhsil

4 Noyabr 2010, 12:34

29 saylı Səbail seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Fuad Muradovun seçicilərə müraciəti


Əziz seçicilər!

Siz daha yaxşı həyata layiqsiniz. Çünki Siz gözəl, zəngin bir məmləkətin vətəndaşısınız. 
Mən əminəm ki, Azərbaycanın hər bir vətəndaşı güclü sosial təminatlara malik, iqtisadi cəhətdən çiçəklənən, azad və demokratik dövlətdə yaşamağa layiqdir. Mən dövlətçiliyimizin bu istiqamətdə daha da inkişafı uğrunda əlimdən gələni edəcəyəm.

Mən hesab edirəm ki, Azərbaycan kimi bir məmləkətdə yoxsul və ya işsiz insan olmamalıdır. Buna görə də hazırkı sosial müdafiə sisteminin hər bir azərbaycanlıya ən yüksək səviyyədə həyat şəraiti təmin edəcək səviyyəyə qaldırılmasına çalışacağam.

Heç bir azərbaycanlı öz dövlətində köçkün olmamalıdır. Azərbaycan torpağının bir zərrəsi belə düşmən tapdağında qalmamalıdır. Mən Azərbaycanın ərazi bütövlüyünün bərpasının  gələcək nəslə ötürülməməsi üçün var qüvvəmlə çalışacağam.

Əgər Siz də öz problemlərinizi həll etməyə və layiq olduğunuzu  əldə etməyə hazırsınızsa, öz səsinizlə mənə və mənim simamda sizə yardım edəcək Azərbaycan gəncliyinə, Azərbaycanın bu gününə və sabahına səs verin!! Mən sizi 7 noyabrda seçki məntəqələrinə gəlməyə və öz seçmək hüququnuzdan istifadə etməyə çağırıram.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə