Modern.az

Avstriya miqrantlara görə Sloveniya ilə sərhədə divar hörəcək

Avstriya miqrantlara görə Sloveniya ilə sərhədə divar hörəcək

28 Oktyabr 2015, 13:13


Avstriya son vaxtlar miqrant axınının əsas marşrutuna çevrilən Sloveniya ilə sərhədə divar tikəcək.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Yohan Mikl-Laytner deyib: “Bu sərhədlərin bağlanması üçün deyil, ölkəyə daxil olan insanların qaydaya uyğun qeydiyyata alınması üçün ediliır”.

  Bununla belə, nazir divarın tikilmə vaxtı barədə açıqlama verməyib.  

Avropa Sərhəd Xidmətinin məlumatına görə, son 9 ayda Avropa İttifaqına su və quru yolu ilə 710 mindən artıq miqrant daxil olub.    

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?