Modern.az

Eks-prezidentdən ŞOK açıqlama: “Taliban”ı, Ben Ladeni Rusiyaya qarşı hazırlayırdıq”

Eks-prezidentdən ŞOK açıqlama: “Taliban”ı, Ben Ladeni Rusiyaya qarşı hazırlayırdıq”

Dünya

28 Oktyabr 2015, 17:02

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf sensasiya sayılacaq açıqlamalar verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş dövlət başçısı ölkəsinin 90-cı illərdə  “Taliban”, “Əl Qaidə” və s. qruplaşmaları dəstəklədiyin xatırlayıb.

“1990-cı illərdə Kəşmirdə azadlıq müharibəsi başladı. Bu vaxt “Ləşkər ə-Teybə” və daha 11-12 qruplşama yaradılmışdı. Biz onlara yardım göstərirdik, çünki onlar canlarını Pakistan uğrunda verirdilər”.

Pərviz Müşərrəf 1979-cu ildə Sovet İttifaqı Əfqanıstana müdaxilə edən zaman Pakistan dövlətinin “Taliban”, Üsama Ben Laden və Zəvahiri kimi dini ekstremistlərə yardım göstərdiyini etiraf edib.   “Biz talibləri Rusiyanın üzərinə göndərmək  üçün məşq düşərgələri yaratmışdıq. “Taliban”, Haqqani , Üsama Ben Laden və Ayman Əl-Zəvahiri bizim qəhərəmanlarımız idilər. Sonralar onlar şər qüvvəyə çevrildilər”.  

Qərb dövlətləri isə Pakistanın “Taliban” hərəkatına əhəmiyyətli təsir imkanlarının olduğunu bildirirlər.   Onların fikrincə, Paksitanın terrorizmlə aktiv mübarizə aparmaması 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının rəsmi İslamabada xəbərdarlıq etmədən onun ərazisində əməliyyat keçirərək Ben Ladeni məhv etmələrinə yol açmışdı.

Pərviz Müşərrəf 1999-2008-ci illər ərzində Pakistanın prezidenti olub.    

Vüqar İsmayılov               

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir