Modern.az

Azərbaycanlı əsir erməni meyiti ilə dəyişdirildi

Azərbaycanlı əsir erməni meyiti ilə dəyişdirildi

Təhsil

4 Noyabr 2010, 15:10

Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq 4 noyabr 2010-cu il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində 11 sentyabr 2010-cu il tarixdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış, 5 oktyabr 2010-cu il tarixdə saxlandığı kamerada özünü asaraq intihar etmiş Ermənistan Respublikası vətəndaşı Sarıbekyan Manvel Mamikonoviçin meyidi qarşı tərəfə təhvil verilib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən məlumat verilib. Bildirlib ki, Ermənistan tərəfi 28 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi ərazisində girov götürülmüş Azərbaycan vətəndaşı Tağıyev Eldar Heydər oğlunu Azərbaycan tərəfə qaytarıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə