Modern.az

Çində 2-ci uşağın doğuşuna icazə verildi

Çində 2-ci uşağın doğuşuna icazə verildi

29 Oktyabr 2015, 15:35

Çin Kommunist Partiyası bu gün keçirdiyi qurultayda “1 ailə -1 uşaq” siyasətinə son qoyulduğunu bildirib. Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, bundan sonra çinlilərə 2-ci uşağa sahib olmağa da icazə verilib.

Çində 36 il ərzində hər ailəyə yalnız 1 uşaq sahibi olmağa icazə verilirdi. Bu qaydanı pozanlar çoxsaylı cərimələrə məruz qalırdı.Yalnız ayrı-ayrı azsaylı etnik qruplara 2-ci və 3-cü uşaq doğmağa icazə verilirdi.

Məlumata görə, 1979-cu ildən gerçəkləşdirilən “1ailə-1 uşaq” siyasəti 2020-ci ildə ölkədə kişilərin qadınlardan 24 milyon nəfər çox olması ilə nəticələnəcəkdi.

Hazırda Çində 1 milyard 300 milyon əhali yaşayır.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi