Modern.az

On bir deputatımızın bir həftəlik Türkiyə səfərindən Azərbaycan nə qazandı?

On bir deputatımızın bir həftəlik Türkiyə səfərindən Azərbaycan nə qazandı?

16 Oktyabr 2009, 20:38

Azərbaycan Milli Məclisinin on bir deputatından ibarət nümayəndə heyətinin Türkiyə səfəri başa çatıb. Nümayəndə heyətinin üzvü Fəzail Ağamalı Modern.az-a bildirib ki, onlar sabah Bakı vaxtilə saat 14:00-da Ankaradan Bakıya yola düşəcəklər.
Deputat Türkiyə mətbuatının ona istinadən yaydığı “Azərbaycana verilən sözlərin yerinə yetirilməməsi halında Türkiyə ilə aramızdakı qardaşlıq, strateji əməkdaşlıq sona çata bilər. İki ölkə adi qonşu olarlar. Bu təhlükə var. İşğal altında olan ərazilər azad edilmədən protokolların qüvvəyə minəcəyi halda bu əməkdaşlıqdan yalnız Ermənistanın mənfəətli olacaq. Azərbaycan PKK ilə münasibət yaratsa, Türkiyə nə hiss edər? Ermənistan bizə PKK-dan daha çox pislik edib” xəbərində yanlışlığa yol verildiyini bildirib.
F.Ağamalının sözlərinə görə, "Azərbaycan PKK ilə münasibət yaratsa, Türkiyə nə hiss edər? Ermənistan bizə PKK-dan daha çox pislik edib" fikrini deputat Qudrət Həsənquliyev jurnalistlərin sualına rəğmən söyləyib, qalan sözlər isə ona məxsusdur.
“On bir nəfərdən ibarət nümayəndə heyəti bir həftəlik səfərdən nə əldə edə bildi? sualına F.Agamalı “Biz Türkiyənin baş naziri, Böyük Millət Məslisinin sədri və digər rəsmi şəxslərdən Qarabag problemi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmayacağı cavabını rəsmi şəkildə ala bildik. Baxaq, görək, qardaşlarımız sözlərinin üstündə nə qədər duracaqlar. Hər halda Türkiyə rəhbərliyinin on bir deputat qarşısında verdikləri vəd rəsmidir”.
Bursada keçirilən Türkiyə Ermənistan matçında Azərbaycan bayrağına münasibətə gəlincə, millət vəkili deyib ki, keçirilən görüşlərdə, mətbuat konfransında bu məsələni xüsusilə qabardıblar: “Bildirdik ki, nədən İrəvanda keçirilən matçda Türkiyə qondarma Dağlıq Qarabağın bayrağının dalğalanmasına etiraz etmədi? Bu sual cavabsız qaldı. Türkiyənin parlament rəhbərliyi səviyyəsində bu məsələnin araşdırılacağına söz verildi”.   

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir