31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Sevda Həsənova bu gün Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına Mədəniyyət Sarayında seçicilərlə görüşüb. Görüşə gələn Suraxanı sakinləri 7 noyabr seçkilərində S.Həsənovaya səs verəcəklərini bildiriblər.
Deputatlığa namizəd isə ona etimad göstərəiləcəyi təqdirdə etibarlı millət vəkili olacağına söz verib.
Qeyd edək ki, görüş həm də çal-çağırla müşayiət olunub. Tanınmış sənət adamları Mənsum İbrahimov, Faiq Ağayev, Tünzalə Ağayeva 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Sevda Həsənovaya dəstəklərini nümayiş etdiriblər.
Seçki qərargahı