Modern.az

İstedadlı gənc, dünyagörüşlü siyasətçi, inamı doğruldan vəkil…

İstedadlı gənc, dünyagörüşlü siyasətçi, inamı doğruldan vəkil…

Təhsil

4 Noyabr 2010, 20:36

2005-ci ildə keçirilən parlament seçkiləri ərəfəsində Fuad Muradovu ilk olaraq plakatlarından tanıdım. Sonra üzərində onun şəkli olan köynəklərdən biri də bizim evə gəlib çıxdı. Və bu yolla Fuad Muradov Səbail rayonunda hər evdə özünə məskən saldı. Əslində, bu, çox sadə, həm də düşündükçə mürəkkəb bir təbliğat forması idi. Seçkilərə az qalmış Fuad Muradovun platforması hər bir evə daxil oldu. Bununla da insanlar onu tanıdı, sevdi və gənc bir siyasətçi kimi dəstəkləyərək Milli Məclisə üzv seçdi. Bu son 5 ildə 29 saylı Səbail seçki dairəsini Milli Məclisdə layiqincə təmsil edən Fuad Muradov eyni zamanda, Azərbaycanın dünyanın nüfuzlu dövlətlərində təmsilçisinə çevirdi. Məhz Fuad Muradovun fədakarlığı və səyləri nəticəsində Almaniya Bundestaqı Ermənistanın işğalçı ölkə olduğunu etiraf etdi və qərar çıxardı.
Gənc və istedadlı Fuad Muradov seçiciləri və Azərbaycan xalqı üçün çox uğurlara imza atacaq. Bunun üçün isə ilk növbədə 29 saylı dairənin seçiciləri onu yenidən dəstəkləyərək «Bir daha Fuad Muradov» deməsi lazımdır. Ona görə gərəkdir ki, bu gün həm Səbail rayonunun, həm də Azərbaycanın daha da yüksəlməsinə, inkişaf etməsinə ehtiyac var. Bu uğurlara çatmaq üçün isə bizim gənclərə, gəncə və indiki dünyanın düzəni ilə ayaqlaşın fikirlərə daha çox ehtiyacımız var. Mən Fuad Muradovu enerjili, geniş düşüncəli, daim yeni ideyalar arxasınca gedən, gənclərin sağlam həyat tərzi keçirməsi üçün biri-birindən tutarlı layihələr həyata keçirən bir azərbaycanlı kimi tanıyıram.
Mən də Səbail rayonunda yaşayıram və seçki təbliğatı başlayan gündən hər gün məhəllələrdə, küçələrdə rastaşdığım insanlar mənə «Fuad Muradov dünən bizim məhəlləyə gəlmişdi», «Fuad müəllim indicə bu küçədən keçdi», «Fuad Muradov filan küçədə sakinlərin evlərinə baş çəkir», «Deputatımız sabah bizim əraziyə gələcək» kimi sözlər deyirdilər. Bu, məni çox sevindirdi. Demək, insanlar artıq bu yeniliyi də gördülər. Gördülər ki, deputatı ancaq şəkildə və televiziya ekranlarında görmək artıq geridə qalıb. Fuad Muradov bu tilsimi qıraraq şəkil və televiziya ekranlarından kənara çıxır və əhali ilə canlı ünsiyyət qurur, onların içində olur, onların yanında olur. Və bu gün Səbail rayonunda uşaqdan böyüyə hamı bilir ki, Fuad Muradov həm bir gənc, həm vətəndaş, həm də deputat kimi özünü tam doğruldub. Bu gün Səbail rayonunda Fuad Muradovu tanımayan çox az adam tapılar ki, onlar da dünyadan bixəbər olanlardır. Bu gün Səbail rayonunda hamı «Fuad Muradov» deyir. Ona görə «Fuad Muradov» deyirlər ki, nə 5 il öncə, nə də indi Fuad Muradova alternativ olanlar insanların arasında olmadılar, görünmədilər, bir iş görə bilmədilər, məğlub oldular və ən nəhayət, Fuad Muradov ola bilmədilər. Çünki onlar Fuad Muradov kimi küçəbəküçə, evbəev gəzib ayaqlarına toz qondurmaq istəmirlər.
Fuad Muradov haqqında danışarkən əslində, hər şeyi bir cümlə ilə yekunlaşdırmaq olar; istedadlı gənc, dünya görüşlü siyasətçi, qayğıkeş insan və inamı doğruldan bir vəkil…

Elməddin MURADLI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə